7 C
Baku
Monday, December 2, 2024

Ər-Riyadda metro açılıb

2024-cü il dekabrın 1-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda metro açılıb. Ölkənin media xidmətinin məlumatına görə, metroda hazırda üç xətt işləyir – mavi, sarı və bənövşəyi. Ümumilikdə isə altı xəttin işə salınması planlaşdırılır.

Ər-Riyadın şimalından cənubuna uzanan mavi xəttin uzunluğu 38 km-dir. Bu xətt boyunca 24 stansiya var. Sarı xətt Ər-Riyadın mərkəzindən Kral Xalid Beynəlxalq Hava Limanına qədər uzanır. Onun uzunluğu 29 km-dir (10 stansiya). 30 km uzunluğunda olan bənövşəyi xətt (11 stansiya) şəhərin şimalını və şimal-şərqini birləşdirir.

Daha iki xəttin (qırmızı və yaşıl) bu il dekabrın 15-də, altıncı olan narıncı xəttin isə 5 yanvar 2025-ci ildə istifadəyə veriləcəyi bildirilir. “Al Arabiya”nın məlumatına görə, Ər-Riyad metro xətlərinin ümumi uzunluğu 176 km olacaq.

Son xəbərlər
Digər xəbərlər