15 C
Baku
Thursday, November 6, 2025

Ər-Riyadda Ukrayna üzrə danışıqlar fevralın 18-də baş tutacaq

Çərşənbə axşamı Ər-Riyadda Rusiya rəsmi nümayəndə heyətinin iştirakı ilə Ukrayna üzrə danışıqlar baş tutacaq. Amerika tərəfinə dövlət katibi Marko Rubio, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun daxil olacağı gözlənilir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli məmurları Rusiya və Ukrayna arasında sülh danışıqlarına başlamaq üçün Səudiyyə Ərəbistanına səfər ediblər.

Fevralın 15-də “Bloomberg” öz mənbələrinə istinadən xəbər verir ki, yaxın həftələrdə Ər-Riyadda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş keçirilə bilər. Agentliyin yazdığı kimi, danışıqlar aparan qrupların üzvlərinin gələn həftə Ər-Riyada gəlməsi gözlənilir.

Fevralın 14-də Donald Tramp Səudiyyə Ərəbistanında Ukrayna nizamlanmasına dair görüş elan edib. Amerika lideri bildirib ki, burada Rusiya və Amerika tərəfdən yüksək rütbəli məmurlar, habelə Ukraynadan olan nümayəndələr iştirak edəcək.

Son xəbərlər
Digər xəbərlər