Türkiyədə prezident seçkiləri planlaşdırıldığı kimi 2028-ci ildə keçiriləcək. “Anadolu” agentliyinin verdiyi məlumata görə, ölkə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, onların vaxtından əvvəl keçirilməsi məsələsi müzakirə olunmur.
“Təqvimdə istənilən bazar gününə barmağınızı göstərib “Seçkilər bu gündə olsun” deməyi xəyal edə bilərsiniz. Amma siyasətçilərin və xalqın gündəmində belə bir şey yoxdur”, – deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti əlavə edib ki, konstitusiya və seçki qanunu dəyişmədiyi üçün 2028-ci ildə prezident və parlament seçkiləri, 2029-cu ildə isə yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək.