5 C
Baku
Sunday, February 25, 2024

Ərdoğan: ABŞ Türkiyənin F-16 qırıcılarının satışı ilə bağlı tələbini yerinə yetirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı sazişi təsdiq etdiyini təsdiqləyib.

Dövlət başçısı bu barədə Ankarada onun sədrliyi ilə keçirilən hökumətin iclasının yekunu üzrə müvafiq bəyanatla çıxış edib.

ABŞ-nin Ankaradakı səfiri Jeffrey Flake ötən bazar günü Konqresin Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasını təsdiqlədiyini açıqlayıb.

“F-16 ilə bağlı müraciətimizin ABŞ-nin müsbət qərarı ilə nəticələnməsinə şadıq. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Türkiyənin müdafiə sənayesi daha intensiv inkişaf edəcək”, – Ərdoğan bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 10-dək ABŞ Konqresindən döyüş təyyarələri ilə bağlı qərar gözlədiyini bildirib. O qeyd edib ki, Ankara ilə Vaşinqton arasında ilkin razılıq var. Razılıaşmaya əsasən Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqlədikdən sonra ABŞ F-16-nın satışı ilə bağlı tədbirlər görəcək. Qanunverici orqan yanvar ayında Stokholmun ratifikasiya protokolunu təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər