13 C
Baku
Tuesday, May 7, 2024

Ərdoğan Almaniyaya səfər edəcək

Almaniya kansleri Olaf Şolts noyabrın 17-də Berlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsinin müavini Kristian Hofman brifinqdə bildirib.

“Cümə günü axşam kansler Türkiyə Prezidenti ilə görüşəcək. İşgüzar nahar zamanı müxtəlif siyasi mövzular müzakirə olunacaq”, – o deyib.

Bundan başqa, Türkiyə lideri Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə də görüş keçirəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər