13 C
Baku
Saturday, November 23, 2024

Ərdoğan bu il Türkiyənin ixracatını 267 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırır

Türkiyənin ixracatının 2024-cü ildə 267 milyard ABŞ dollar olacağı proqnozlaşdırılır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İxracatçılar Assambleyasının nümayəndələri ilə görüşündə bildirib.

“2024-cü ilin sonuna qədər biz mütləq məhsul ixracını 267 milyard ABŞ dollarına çatdıracağıq”, – o vurğulayıb.

Onun sözlərinə görə, may ayında bu rəqəm rekord həddə, 24,1 milyard ABŞ dollarına çatıb: “2023-cü ilin eyni dövrü ilə müqayisədə artım 11,4 % təşkil edib”.

Türkiyə lideri qeyd edib ki, 2023-cü ildən həyata keçirilən iqtisadi sabitləşdirmə proqramı bəhrəsini verir: “Mərkəzi Bankın valyuta ehtiyatlarının 45,2 milyard ABŞ dolları artaraq 143,6 milyard ABŞ dollarına çatması buna sübutdur”.

Ərdoğan bildirib ki, Türkiyə iqtisadiyyatı dezinflyasiya dövrünə keçərək qarşıya qoyulan hədəflərə doğru əmin addımlar atır: “Bu proses tamamlandıqdan sonra Türkiyə iqtisadiyyatı tamam başqa səviyyədə olacaq”.

Qeyd edək ki, 2023-cü ildə Türkiyənin ixracatı 255,4 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər