25 C
Baku
Friday, July 19, 2024

Ərdoğan deyir ki, Türkiyə məhdudiyyətlərə baxmayaraq, müdafiə sənayesində qlobal oyunçuya çevrilib

“Gizli və açıq məhdudiyyətlərə baxmayaraq, biz müdafiə sənayesində qlobal oyunçuya çevrildik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dəki beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Türkiyənin bu ilin ilk yarısında müdafiə sənayesi məhsullarının ixracı 2 milyard 400 milyon dollara çatıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa görüşündə iştirak edib. Görüşdə həmçinin Türkiyə-Aİ münasibətləri, terrorla mübarizə, suriyalı miqrantlar və digər regional məsələlər ətrafında fikir mübadiləsi baş tutub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər