24 C
Baku
Thursday, September 19, 2024

Ərdoğan: Deyirlər ki, Türkiyə Qərbdən uzaqlaşır, bu, tamamilə qarayaxmadır

Türkiyə özünün xarici siyasəti ilə bağlı tez-tez tənqidlərə məruz qalır. Deyirlər ki, Türkiyə Qərbdən uzaqlaşır. Amma bu, tamamilə qarayaxmadır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan söyləyib ki, xarici siyasətinə görə Türkiyəni tənqid etmək qlobal prosesləri düzgün başa düşməmək deməkdir: “Biz Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS kimi bütün təşkilatlarla əlaqələri inkişaf etdirməyə çalışırıq. Türkiyə bütün ölkələrlə əlaqələrin inkişafında maraqlıdır. Bizim üçün bundan daha təbii bir şey yoxdur”.

Prezident əlavə edib ki, Türkiyə Türk Dövlətləri Təşkilatı vasitəsilə qardaş ölkələrlə də əlaqələri inkişaf etdirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər