10 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan: “Fransa Ermənistanı aldadır, İrəvan təxribatlara getməməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı aldatdığını deyərək rəsmi İrəvanı təxribatlara getməməyə çağırıb.

Dövlət başçısı Yunanıstandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında rəsmi Parisin Ermənistanı təhrik etdiyini deyib:

“Fransa daha əvvəl də Ermənistana dəfələrlə dəstək verib. Amma heç bir nəticəsi olmayıb. Hətta Fransa ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri kimi də nəyəsə nail ola bilməyib. İndi isə yenidən Ermənistanı təhrik edir. Zirehli texnikalar versə nə olacaq ki?! Bunun da nəticəsi olmayacaq. Çünki artıq öz torpaqlarını işğaldan azad etmiş Azərbaycan var. Daha əvvəl Ermənistana göndərilən tanklar, toplar, tüfənglər Azərbaycanın əlinə keçib. Fransa Ermənistanı aldadır”.

Türkiyə lideri bildirib ki, Ermənistan hakimiyyəti yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmalıdır: “Ermənistan təxribatlara getməməlidir. Sülh imkanlarını dəyərləndirməsi və bəzi ölkələrin tələsinə düşməməsi İrəvanın xeyrinə olar. Azərbaycanla sülh Ermənistan üçün ən yaxşı yoldur. Əllərinə silah verənlər Ermənistanı tək qoyacaqlar”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər