16 C
Baku
Thursday, May 2, 2024

Ərdoğan: “G20 sammitində Türkiyədə enerji mərkəzinin yaradılması müzakirə edilib”

“G20 sammiti çərçivəsində Türkiyənin qərbində qaz qovşağının və İstanbulda enerji mərkəzinin yaradılması məsələsi müzakirə olunub”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələri liderlərinin görüşünün keçirildiyi Yeni Delhidən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“G20 çərçivəsində, eləcə də bütün beynəlxalq platformalarda görüşlər zamanı həmkarlarımızla enerji mövzusunu müzakirə etmişik. Biz Türkiyə vasitəsilə Avropaya Rusiya qazının verilməsi üçün işimizi davam etdiririk”, – Prezident bildirib.

Onun sözlərinə görə, bu məsələlərlə bağlı danışıqlar davam edir.

Ərdoğan qeyd edib ki, başqa ölkələrdən də Türkiyə vasitəsilə Avropaya qaz çatdırıla bilər. Beləliklə, zaman keçdikcə Türkiyə qazın qiymətini müəyyən edən mərkəzə çevriləcək: “İstanbulun Ataşehir rayonundakı Maliyyə Mərkəzində təkcə qazla deyil, neft, minerallar və bərpa olunan enerji mənbələri ilə də məşğul olacaq bir enerji mərkəzi açacağıq. Bütün bunlarla yanaşı, Trakya bölgəsində qaz qovşağı da olacaq”.

Prezident vurğulayıb ki, Ataşehirdəki mərkəz müxtəlif növ enerji resurslarının satışı və paylanması yerinə çevriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər