-1 C
Baku
Monday, February 24, 2025

Ərdoğan İsraili terror təşkilatı adlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili terror təşkilatı adlandırıb və İsrailin HƏMAS ilə müharibənin nəticələrindən məyus olacağını proqnozlaşdırıb.

“Birmənalı şəkildə deyirəm: İsrail terror dövlətidir”, – Türkiyə prezidenti parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının üzvləri qarşısında çıxışı zamanı deyib.

Türkiyə prezidenti həmçinin İsrailin baş nazirini ölkənin nüvə silahına malik olduğunu etiraf etməyə çağırıb.

İsrail-Fələstin müharibəsi oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumundan sonra başlayıb. İsrail qruplaşma tamamilə məhv edilənə qədər hərbi əməliyyatları davam etdirəcəyini vəd edib. İsrail ordusunun anklavdakı hərəkətləri nəticəsində 11 mindən çox insan həlak olub. Noyabrın 5-də israilli nazir Qəzza zolağına nüvə bombası atmağı mümkün hesab etdiyini açıqlayıb. İsrailin baş naziri həmin gün naziri vəzifəsindən uzaqlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər