10 C
Baku
Saturday, December 21, 2024

Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

 

O, Türkiyənin BRICS-ə üzvlüklə bağlı müraciətinə də toxunub. Qeyd edib ki, bütün qərarlar konsensus əsasında qəbul olunur:

“Moskva Ankaranın BRICS-ə üzv olmaqla bağlı niyyətinə hörmətlə yanaşır”, – deyə Ryabkov vurğulayıb.

Qeyd edək ki, Kazanda BRICS sammiti oktyabrın 22-24-də keçiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər