23 C
Baku
Monday, June 10, 2024

Ərdoğan: Mənfi təsirlərə baxmayaraq ötən il Türkiyə ixracatı rekord qırıb

Son 50-60 ilin pik həddinə çatan inflyasiya atılan bütün addımlara baxmayaraq, dünya iqtisadiyyatını hələ də narahat edir. Amerika və Avropa mərkəzi bankları hələ də inflyasiyanın təsirinin nə vaxt azalacağına dair dəqiq bir tarix verə bilmirlər. Təəssüf ki, qlobal iqtisadiyyatın ümumi gedişatı və bölgəmizdəki böhranlar ölkəmizə də mənfi təsir göstərir. Bütün bu xarici amillərlə yanaşı Türkiyədə baş verən 6 fevral zəlzələlərinin ölkə iqtisadiyyatına vurduğu ziyan 104 milyard dollara çatıb.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) Baş Assambleyasında çıxışı zamanı ifadə edib.

Ötən il ölkənin milli gəlirinin 1 trilyon 119 milyard dollara, adambaşına düşən gəlirin isə 13 min 110 dollara yüksəldiyini qeyd edən Ərdoğan bildirib ki, xarici tələbatın azalması və zəlzələnin təsirlərinə baxmayaraq, ölkə ixracatı ötən il 255,4 milyard dollara çataraq respublika tarixində rekord qırıb.

“Turistlərin sayı hər il 11,1 faiz artaraq 57,1 milyon nəfərə, turizm gəlirləri isə 16,9 faiz artaraq 54,3 milyard dollara çatıb. Beləliklə, biz bütün zamanların ən yüksək turizm göstəricisinə nail olmuşuq. Bu il hədəfimiz 60 milyon ziyarətçi və 60 milyard dollar turizm gəlirinə çatmaqdır. İlin ilk üç ayını turizmdə rekordlarla başa vurduq. Ziyarətçi sayının 9 milyonu keçməsi ilə turizmdən təxminən 9 milyard dollar gəlir əldə etmişik. İlk üç aylıq rəqəmlərə baxdığımızda 2024-cü ilin turizm hədəflərimizə uyğun olduğunu görürük”, – deyə Türkiyə Prezidenti bildirib.

Türkiyədə dövlət müəssisələri üçün tətbiq olunması nəzərdə tutulan “Qənaət və səmərəlilik paketi” haqqında danışan Prezident Ərdoğan qənaətin bir mədəniyyət olduğunu, bununla da dövlət qurumlarının millətə və iş dünyasına nümunə göstərməsini, rəhbərlik etməsini hədəflədiklərini deyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər