Mənim hazırda İsrail tərəfi ilə hər hansı bir təmasım yoxdur.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, MİT rəhbəri İbrahim Kalın isə İsrail tərəfi, eyni zamanda, Fələstin və HAMAS-la danışıqlar aparır.
“Bunu deyə bilərəm ki, Netanyahu heç bir şəkildə bizim həmsöhbətimiz deyil, onu silib atmışıq”, – Ərdoğan qeyd edib.