PKK terror təşkilatı ilə silahlı mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.
Onun fikrincə, ötən il başlayan PKK-nın tərksilah olunması prosesi Türkiyənin iqtisadi artımını sürətləndirməyə imkan verəcək.
Türkiyə hakimiyyəti terrorçuların silahsızlaşdırılmasından sonra, xüsusilə ölkənin cənub-şərq bölgələrində siyasi, sosial-iqtisadi və infrastruktur sahələrində addımlar atmağı planlaşdırır.
Ərdoğan vurğulayıb ki, mübarizənin hazırkı mərhələsi xüsusi ehtiyatlılıq tələb edir və siyasi partiyaların dəstəyi ilə ölkə bu mərhələni sarsıntısız keçə biləcək.






