35 C
Baku
Tuesday, June 18, 2024

Ərdoğan Qaribaşvili ilə görüşüb

BMT-nin 78-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşlərini davam etdirir.

Türkiyə Prezidentinin növbəti görüşü Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə olub. Söhbət zamanı Prezident Rəcəb Tayyib Ərdoğan əsrin fəlakətindən sonra Gürcüstanın Türkiyəyə verdiyi dəstəyə görə bir daha təşəkkür edib və iki ölkə arasında ticarət həcminin 3 milyard dollardan 5 milyard dollara qədər yüksələ biləcəyini deyib.

Orta dəhlizin həyata keçirilməsinin əhəmiyyətindən danışan Türkiyə Prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun tez bir zamanda daha işlək vəziyyətə gətirilməsinin gözlənildiyini bildirib. Prezident Ərdoğan, həmçinin Gürcüstandakı FETÖ məktəblərinin bağlanmasının və aktivlərinin dondurulmasının önəmini vurğulayıb və Gürcüstan rəhbərliyinin bununla bağlı atdığı addımları təqdir edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər