Türkiyənin hakim partiyası prezident Rəcəb Tayyib Ərdoğanın Kazanda keçirilən BRİKS sammitində iştirakını təsdiqləyib.
Hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib ki, Ərdoğanın sammitdə iştirakı Türkiyənin xarici siyasəti üçün həlledici olacaq.
Ərdoğan tədbir zamanı Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Liderlər arasında danışıqların gündəliyinə Ukrayna münaqişəsinin və Yaxın Şərqdəki vəziyyətin sülh yolu ilə həlli üçün Türkiyənin vasitəçiliyi daxil ola bilər.