Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Rusiyaya səfər edəcək.
Bu barədə TASS diplomatik mənbələrə əsasən məlumat yayıb.
Səfər çərçivəsində Soçidə R.T.Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.
Liderlərin xüsusilə “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir.