Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun sonunda Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyi gözlənilir.
Bu barədə Rusiya KİV-ləri Türkiyədəki diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Böyük ehtimalla, prezident iştirak edəcək”, – o bildirib.
Qeyd edək ki, ŞƏT sammiti 31 avqust – 1 sentyabr tarixlərində Yantszində keçiriləcək.