Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya 500 milyard dollardan çox ziyan dəydiyini bildirib. Ölkə başçısı vurğulayıb ki, regionda “çox mühüm hadisələr” baş verir.
Ərdoğanın sözlərinə görə, Suriyanın yenidən qurulmasında ərəb və islam dünyasının dəstəyinə ehtiyacı var. O, beynəlxalq ictimaiyyətin də bu prosesə töhfə verməsinin vacibliyini qeyd edib.
Xatırladaq ki, dekabrın 8-də Heyət Təhrir əş-Şam, Azad Suriya Ordusu və Suriya Milli Ordusunun üzvləri ölkədə hakimiyyəti ələ keçirib. Suriya prezidenti Bəşər Əsəd yaxın adamları ilə birlikdə Moskvaya gəlib, onlara siyasi sığınacaq verilib.
Ərəb respublikasının Baş naziri Məhəmməd əl-Bəşir olub. Dekabrın 10-da o, 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətin formalaşdığını elan edib.