12 C
Baku
Saturday, November 23, 2024

Ərdoğan Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı müqaviləni təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk İnvestisiya Fondu Təsis Müqaviləsi”ni təsdiq edib.

Bu barədə qərar “Rəsmi Gazete”də dərc olunub.

Türk Dövlətləri Təşkilatının (TDT) qurucu üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın imzaladığı sənədin əsas məqsədi regiondaxili ticarətin təşviqinə kömək etmək və bu sahədə dövlətlərarası münasibətləri təmin etməkdir.

Sənəd 2023-cü il martın 16-da Ankarada imzalanıb.

Fondun 20 il müddətinə fəaliyyət göstərməsini nəzərdə tutur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər