17 C
Baku
Wednesday, October 29, 2025

Ərdoğan: Türkiyə bölgədə lider statusunu qorumağa davam edəcək

Türkiyə bölgədə lider statusunu qorumağa davam edəcək.

Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə xalqına müraciətində öz əksini tapıb.

Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda təşkil edilən rəsmi qəbulda bu ölkənin Azərbaycandakı səfiri Birol Akgün tərəfindən səsləndirilən müraciətdə qeyd olunub ki, Türkiyə köklü dövlətdir:

“Biz güclü millətik. Qurduğumuz dövlət cahana yön verən əziz millətimizin nişanəsidir. Türkiyə həmişə hürriyyət və istiqlalı üçün qanının son damlasına kimi mübarizə aparan xalqımızın evidir. Xalqımızın rifahı üçün durmadan çalışırıq. Xarici siyasətə qədər hər sahədə ciddi təşəbbüslər içərisindəyik. Zəlzələdən zərər çəkən insanlarımızın əvvəlki həyatlarına qayıtmaları üçün səylərimizi əsirgəmirik. İnsanımızın rifah içərisində yaşayacağı “Terrorsuz Türkiyə”yə doğru da irəliləyirik”.

Türkiyə Prezidenti ölkəsinin vasitəçilik missiyasına da diqqət çəkib:

“Bölgəsində lider, dünyada mötəbər olan Türkiyənin bu statusunu qorumağa davam edəcəyik. Türkiyə regionunda daim sülh üçün çalışır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər