-1 C
Baku
Sunday, December 15, 2024

Ərdoğan Türkiyədə bahalaşmaya qarşı daha sərt mübarizə vəd edib

Türkiyə hakimiyyəti avqust ayında 56%-ə çatan inflyasiyanın artması səbəbindən ölkədə bahalaşmaya qarşı mübarizəni gücləndirmək niyyətindədir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Nazirlər Kabinetinin 4 saatlıq iclasından sonra deyib.

“Avqust ayında illik inflyasiyanın 56%-ə çatması yaşayış bahalığına qarşı mübarizənin daha da sərtləşdirilməsinə ehtiyac olduğunu göstərir. Biz bir çox çətinliklərin öhdəsindən gəlmiş hökumət olaraq Allahın köməyi ilə inflyasiyanı diz çökdürəcəyimizə ürəkdən inanırıq. Biz inflyasiyanın azaldılması üçün proqramları qətiyyətlə həyata keçiririk”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, sabah hakimiyyət uzun müddətdir hazırlanmış iqtisadiyyatın inkişafı üzrə ortamüddətli planın icrasına başlayacaq.

Son xəbərlər
Digər xəbərlər