Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla birlikdə üçtərəfli əməkdaşlıq vacibdir.
Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ankarada türkmənistanlı həmkarı Sərdar Bərdiməhəmmədovla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, üç ölkə bu əməkdaşlıq çərçivəsində enerji təhlükəsizliyinə töhfə verməyi hədəfləyir:
“Görüşümüz zamanı Xəzərdən keçən “Qərb-Şərq” orta dəhlizinin təkmilləşdirilməsinə dair fikirlərimizi bölüşdük. Türkmənistanla bir çox məsələdə eyni mövqeyə sahib olduğumuzu gördük. Dünyada və bölgəmizdə baş berən hadisələr Türk Dövlətləri Təşkilatı çərçivəsində birləşməyimizin vacibliyini təsdiqləyib. TDT-də müşahidəçi statusu olan Türkmənistanın artıq ailəmizin tam üzvü olduğunu görmək istədiyimizi vurğulayıram”.