28 C
Baku
Wednesday, July 24, 2024

Ərdoğan və Putin bu gün Soçidə “Taxıl sazişi”nin yeni şərtlərlə bərpasını müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin bu gün Soçidə “Taxıl sazişi”nin yeni şərtlərlə bərpasını müzakirə edəcəklər.

“Report”un xəbərinə görə, bu barədə TASS-a diplomatik mənbələr məlumat verib.

İki ölkə liderləri BMT-nin yeni şərtlərinə uyğun olaraq “Taxıl sazişi”nin bərpası barədə danışmağı planlaşdırırlar.

Məlumata görə, BMT-nin əsas şərtlərindən biri Avropanın Rusiyanın qida istehsalçılarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.

V.Putin və R.T.Ərdoğan arasında keçiriləcək danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunacaq.

Bundan əlavə, görüşdə Rusiyanın təbii qazının Türkiyə vasitəsilə Rusiyadan Avropaya nəqli məsələsinin də nəzərdən keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə “Taxıl sazişi” imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.

BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb.

Avqustun 31- də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Hakan Fidan “Taxıl sazişi” barədə fikir mübadiləsi aparıblar. H. Fidan həmin görüşdən sonra BMT-nin “Taxıl saizişi” ilə bağlı yeni təkliflər hazırladığını bildirmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər