18 C
Baku
Tuesday, June 24, 2025

Ərdoğan və Trampın görüşü gözlənilir

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan bu gün Niderlandda keçiriləcək NATO sammiti çərçivəsində ABŞ-li həmkarı Donald Trampla görüşəcək.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunur ki, görüş Türkiyə vaxtı ilə 23:30-da (Bakı vaxtı ilə 00:30-da, 25 iyun – red.) baş tutacaq.

Məlumat üçün əlavə edək ki, iki gün davam etməsi gözlənilən NATO sammitində Avropanın təhlükəsizliyi və hərbi xərclərin artırılması müzakirə olunacaq.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər