17 C
Baku
Sunday, October 26, 2025

Ərdoğan: Yaxın Şərq daha bir böhrana tab gətirə bilməz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı İranın nüvə proqramı ilə bağlı məsələnin diplomatik yolla həllinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Yaxın Şərq bölgəsi daha bir böhrana tab gətirə bilməz.

“Ümidvarıq ki, qonşumuz İranın nüvə məsələsi ən qısa zamanda diplomatik vasitələrlə həllini tapacaq”, — deyə dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, iyun ayında İsrail “Aslan milləti” əməliyyatı çərçivəsində İranın nüvə və müdafiə infrastrukturu obyektlərinə hava zərbələri endirib. Əməliyyata ABŞ Hərbi Hava Qüvvələri də dəstək göstərib. Türkiyə prezidenti isə atəşkəsin elan edilməsinin tərəfdarı olub və danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bəyan edib.

Son xəbərlər
Digər xəbərlər