26 C
Baku
Thursday, July 25, 2024

Ərdoğan yenidən Putinlə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın sonuna doğru BMT-də keçirəcəyi danışıqlardan sonra yenidən rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər.

Bu barədə məlumatı “Hürriyet” qəzeti yayıb.

“Putinin açıqlamalarından belə nəticə çıxardıq ki, taxıl dəhlizi ilə bağlı danışıqlar hələ bir müddət davam edəcək. Liderlər Ərdoğanın BMT-dəki təmaslarından sonra yenidən görüşə bilərlər”, – deyə qəzet yazıb.

Qeyd edək ki, sentyabrın 19-25-i BMT Baş Assambleyasının iclası keçiriləcək.

Xatırladaq ki, sentyabrın 4-ü Soçidə Rusiya və Türkiyə Prezidentləri arasında danışıqlar baş tutub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər