10 C
Baku
Tuesday, November 12, 2024

Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.

İclasa dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

İclas çərçivəsində bir sıra daxili və regional məsələlərin müzakirə olunması nəzərdə tutulub.

İclasda İraq və Suriyanın şimalında terrorla mübarizə əməliyyatları başda olmaqla strateji, regional və milli təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Bundan əlavə, iclas zamanı Rusiya-Ukrayna müharibəsi, “Taxıl dəhlizi” ilə bağlı proseslər də müzakirə ediləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər