Pekin Vaşinqtonun “Huawei” şirkətini məhv etməsinə göz yummayacaq. Banker.az xəbər verir ki, bu haqda CNBC-yə verdiyi müsahibədə texnologiya nəhənginin idarə heyətinin sədri Eric Xu bildirib.
“Reuters” agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp “Huawei” ə qarşı yeni məhdudiyyəltər paketini hazırlayır. Hansılar ki, ilk növbədə “Taiwan Semiconductor Manufacturing Co” (TSMC) mikrosxemlərin satışının məhdudlaşdırılmasını nəzərdə tutur.
“Çin hökuməti Vaşinqtonun “Huawei” şirkətini məhv etməsinə göz yummayacaq”, – Erik Xu söyləyir.
ABŞ isə Çindən gətirilən 5G avadanlığının milli təhlükəsizliyə əlavə təhdid yarada biləcəyini iddia edir.
Xatırladaq ki, ötən ildə ABŞ Çinin “Huawei” şirkətini “qara siyahı” ya alaraq, amerikan şirkətlərinə onunla əməkdaşlıq etməsini qadağan etmişdir.