24 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

“Ericsson” bulud xidməti “Vonage”i 6.2 mlrd. dollara alıb

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” bazar ertəsi ABŞ-da yerləşən bulud xidməti “Vonage”i aldığını açıqlayıb.

Banker.az xəbər verir ki, şirkət səhm başına 21 dollar ödəyib, ümumilikdə müqavilənin dəyəri 6.2 milyard dollar olaraq qiymətləndirilib. Onun 2022-ci ilin birinci yarısında bağlanacağı gözlənilir.

“Vonage” 2001-ci ildə yaradılıb və inkişafının ilkin mərhələlərində IP-telefoniya ilə məşğul olub. İndi şirkət bulud texnologiyaları və kommunikasiya API-ləri üzrə ixtisaslaşır. “Vonage”in dünya üzrə 120 minə yaxın biznes müştərisi var. Keçən il şirkətin konsolidasiya edilmiş gəliri 5% artaraq 1.2 milyard dollara çatıb. “Vonage” ili 36 milyon dollar zərərlə başa vurub.

“Ericsson” üçün bu müqavilə simsiz rabitə bazarının biznes seqmentində iştirakını genişləndirmək imkanıdır. Şirkət ötən il simsiz avadanlıq istehsalçısı “Cradlepoint”i 1.1 milyard dollara alıb. İyul ayında “Ericsson” ABŞ-ın telekommunikasiya operatoru “Verizon” ilə 5G-nin inkişafı sahəsində 8.3 milyard dollarlıq müqavilə imzalayıb.

Son xəbərlər
Oxşar xəbərlər
X