5 C
Baku
Friday, January 16, 2026

“Ericsson” İsveçdə 1,6 min əməkdaşı ixtisar edir — Bu, ştatın təxminən 12%-dir

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” yerli həmkarlar ittifaqları ilə danışıqlara başlayıb. Şirkət izah edib ki, ştatın ixtisarı texnologiyalara investisiyaları qorumaq şərti ilə xərclərin azaldılmasına yönəlmiş “qlobal təşəbbüslər”in bir hissəsidir.

“Reuters”in yazdığına görə, 31 dekabr 2025-ci il tarixinə şirkətin ümumi işçi sayı təxminən 90 min nəfər olub, onların 12,6 minə yaxını İsveçdə çalışıb. Agentlik xatırladır ki, qrup ölkədə 2023-cü ildə də (1 400 nəfər), 2024-cü ildə isə (1 200 nəfər) ixtisarlar aparıb.

“The Wall Street Journal” qeyd edir ki, sənayedə 5G sahəsinə investisiyaların tempi zəifləyir: bəzi iri müştərilər şəbəkələrin ilkin yerləşdirmə mərhələsini artıq başa çatdırıblar, operatorlar isə qeyri-müəyyən iqtisadi perspektivlər fonunda sərmayələri ehtiyatla yatırırlar.

Şirkətlər ABŞ-nin tətbiq etdiyi rüsumlarla bağlı da çətinliklərlə üzləşiblər — “Ericsson” üçün bu, komponent və materialların alınması ilə əlaqəlidir. İsveç qrupunun nümayəndəsi nəşrə bildirib ki, mobil şəbəkələr bazarı hələ də artım göstərmir. İnflyasiya təzyiqinin davam edəcəyi gözlənildiyindən, şirkət xərcləri azaltmağa məcburdur.

Son xəbərlər
Digər xəbərlər