9 C
Baku
Monday, November 18, 2024

“Ericsson” Rusiyadakı nümayəndəliyini bağlayır

İsveçin “Ericsson” şirkəti Rusiyadakı nümayəndəliyini ilin sonuna kimi bağlayacaq və bütün işçilərini ixtisar edəcək. Onlardan bəziləri rus top-menecerlər tərəfindən qurulacaq yeni şirkətə gedə bilər.

Banker.az bu barədə “RG.ru”ya istinadən xəbər verir.

İsveç telekommunikasiya avadanlığı istehsalçısı onun getməsi ilə bağlı şayiələri təsdiqləyib: “Şirkət Rusiyadakı fəaliyyətini məhdudlaşıracaq, işçilərə “maliyyə və sosial” dəstək verəcək.

2021-ci ilin nəticələrinə görə, “Ericsson”un Rusiyadakı filialının gəliri 4.9 milyard rubl, xalis mənfəəti isə 533 milyon rubl təşkil edib.

Şirkət ən böyük əlaqə operatorları ilə işləyir. Onun Rusiya bazarındakı payı 20% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər