17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Erməni əsilli məşhur rejisor: “İlham Əliyev bütün Cənubi Qafqazın lideridir”

Screen Shot 2021 09 02 at 14.34.20

“Hazırda Azərbaycanda baş verənlər fenomenaldır. İlham Əliyev bütün postsovet məkanında 30 il ərzində Qafqazın ən uğurlu və təsirli siyasətçisinə çevrilib”.

Bunu erməni əsilli rusiyalı məşhur rejissor, Rusiyanın Xalq artisti, “Mosfilm”in baş direktoru Karen Şahnazarov “Rusiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində deyib.

Onun sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazda mövqelərinin güclənməsi Prezident İlham Əliyevin bütün regionun siyasi lideri olmağa iddia etməsinə imkan verir.

“O, yaxşı bir məktəbə sahib olan görkəmli, ağıllı siyasətçidir və bu, qeyd-şərtsizdir. Bu halda ona qarşı kimin nə sözü ola bilər ki? Cənubi Qafqazın regional birliyə ehtiyacı var. Bu gün regional birliyin lideri kim ola bilər? Əlbəttə ki, Cənab İlham Əliyev! Müharibədə qələbə çalan, neftə, pula və hər şeyə sahib olan Azərbaycanı ilə birlikdə!”, – Şahnazarov qeyd edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər