20 C
Baku
Bazar, Oktyabr 24, 2021

Erməni general Azərbaycanla müharibədə “İskəndər”in də istifadə edildiyini bildirib

Dağlıq Qarabağdakı münaqişənin gərginləşməsi zamanı “İsgəndər” (İskander) taktiki raket sistemindən istifadə olunub.

Bunu Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general Movses Akobyan brifiqndə deyib.

“İstifadə olundu (İskəndər – red.), Amma hansı istiqamətdə olduğunu deyə bilmərəm”, – erməni general “İsgəndər”in niyə istifadə edilməməsinə dair suala cavabında deyib.

İsgəndər 9K720 — Rusiya Federasiyasında istehsal olunan qısaməsafəlili ballistik raket sistemidir. 2006-cı ildə istehsal olunmuş və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunmuşdur. “İsgəndər” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir.

Azərbaycanla Ermənistan arasındakı 2016-ci ilin aprel döyüşlərindən sonra RF-dən Ermənistana 25 ədəd müttəfiq ölkə kimi bağışlandığı bildirilirdi. 27 sentyabrda (2020) başlayan müharibədə isə Ermənistanın Azərbaycanın hərbi və sivillərini hədəfləyərək “Smerch”, “Tochka-u” və “OSA”, “S-300” raketlərindən istifadəsi hər iki tərəfdən təsdiqlənsə də “İskander”in istifadəsi barədə məlumat verilməyib.

Son xəbərlər
Oxşar xəbərlər