13 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021
ezgif.com gif maker 2 1

Erməni tanklarının kabusu: İsrail istehsalı olan “Spike”

Spayk (ing: Spike ) İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin “Rafael Advanced Defence Systems” şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25 600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır.

Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan).

Spayk-SR -“Spayk” ailəsinin ən kiçik nümayəndəsi daşınan “Spayk-SR” (Short range– kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub. Çəkisi 9.8 kq olan bu raket minimum 50 m, maksimum 1.5 km arasında yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub. 2016-cı ilin mayında “Rafael” şirkəti bu silahı özünün ilk xarici müştərisinə satdı.

spike
Spike

Spayk-MR – Orta məsafəli versiya olan bu raket əsas modelə daha yaxındır. 14 kq çəkisi olan bu raket isə minimum 200 m, maksimum 2500 m məsafədə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Əsasən xüsusi təyinatlılar tərəfindən istifadə olunur.

Spayk-LR – Uzun məsafəli versiya. Raketin çəkisi 14 kq, ümumi sistemin çəkisi isə 45 kq-dan azdır. Maksimum atış məsafəsi 4 km olan bu raket əsasən piyada qoşun tərəfindən istifadə olunur və ya yüngül döyüş maşınlarının üzərinə quraşdırıla bilər. Zirehi dəlmə qabiliyyəti 700 mm-dən çoxdur. 2014-cü ilin əvvəllərində “Rafael” şirkəti bu variantın atış məsafəsinin 5 km-ə qaldırıldığını və yüngül helikopterlərə quraşdırmağın da mümkün olacağını açıqladı.

Spayk-ER – Silahın ekstra-uzun məsafəli versiyası. Həmçinin NT-Dandy və ya NT-D olaraq da tanınır. Atış məsafəsi minimum 400 m, maksimum 8 km təşkil edir. Adətən maşınların üzərində quraşdırılan bu sistem digərlərindən daha ağır olması və diametrinin daha böyük olması ilə fərqlənir. Raketin bu variantı piyadalar, yüngül zirehli maşınlar və helikopterlərə quraşdırıla bilər. Raketin çəkisi 34 kq, buraxıcı qurğunun çəkisi 30 kq, helikopter versiyasının çəkisi isə 55 kq-dır. Zirehi dəlmə qabiliyyəti 1,000 mm-dir.

Spayk NLOS – Ultra-uzun məsafəli bu raketin maksimum atış məsafəsi 25 km-dir. Görünüş zonasından uzaqda qalan hədəfləri vurmaq üçün nəzərdə tutulub. Spaykın digər variantlarından nəzərə çarpacaq dərəcədə böyük olan bu variantın ümumi çəkisi təqribən 70 kq-dır. Hədəfi 95% dəqiqliklə vuran Spayk NLOS həm yerdən, həm də helikopterdən atıla bilər. Raketlərdə kumulyativ, yaxud fuqas tipli döyüş başlığından istifadə oluna bilər. Yom Kippur müharibəsi bir daha göstərdi ki, döyüş zamanı idarə olunan taktiki yer-yer tipi raketlərin olması çox vacibdir. Kod adı Tamuz olan ilk variant 1981-ci ildə xidmətə daxil oldu, lakin, 2011-ci ilə qədər ictimaiyyətə təqdim olunmadı.

File:Spike cutaway diagram.jpg

Mini-Spayk

2 sentyabr 2009-cu ildə Spayk ailəsinin yeni üzvü olan Mini-Spayk təqdim olundu. Əsasən şəhər döyüşləri üçün hazırlanmış bu variantın atış məsafəsi 1.3-1.5 km arasındadır. 2016-cı ildən etibarən bu variantın istehsalı dayandırıldı.

Tətbiqi

Azərbaycan ordusu tərəfindən Aprel döyüşlərində istifadə olunub. 2017-ci ildə Azərbaycan ordusu Qarabağda bir Spayk raketi vasitəsilə Ermənistana aid Osa HHM vasitəsini vurduqdan sonra Ermənistan ordusu cəbhə boyunca bütün zirehli və zirehsiz texnikalarını, o cümlədən HHM vasitələrini 8 km geriyə çəkməyə məcbur oldu.

 

Screen Shot 2021 09 08 at 14.27.09
Oxşar xəbərlər

Füzulidə Memorial Kompleksinin tikintisinə 1.5 milyon ayrılıb

Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Banker.az xəbər verir ki, sərəncama görə, Füzuli Memorial Kompleksinin (Füzuli...

Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır

Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz...

“Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılır

"Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu...