7 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Ermənilər Suqovuşanın azad olunduğunu etiraf etdi

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan Suqovuşan (Madagis) kəndinin alınıb-alınmaması ilə bağlı erməni jurnalistin sualını cavablandırıb.

Nazirlik rəsmisi ərazinin Azərbaycan Ordusu tərəfindən azad olunduğunu dolayısı ilə deməli olub.

“Bizim yaxud rəqib tərəfin əlində olan mövqelərin adımı çəkə bilmərik. Onlar indi mövqe alıblarsa, 1 saat sonra biz həmin mövqeyi yenidən qaytara bilərik. Vəziyyət çox tez-tez dəyişir”-d eyə Ovannisyan cavabı ilə faktiki olaraq kəndin erməni qoşunlarının nəzarətində olmadığını etiraf edib.

Xatırladaq ki, strateji mövqedə yerləşən Suqovuşan kəndi (Madagis) 1994-cü ildə ermənilər tərəfindən işğal olunmuşdu.

Mənbə:Modern.az
Son xəbərlər
Oxşar xəbərlər