4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Ermənilər Tərtərdə Milli Qəhrəmanın büstünü top atəşinə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutur.

Düşmənin atdığı top mərmilərindən bir neçəsi mülki evlər və inzibati binalarla yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun Tərtər şəhərində yerləşən Veteranlar bağındakı büstünün üzərinə düşüb. Nəticədə büstə ziyan dəyib.

Bundan başqa, Veteranlar bağının yaxınlığında yerləşən yaşayış binasına, mülki obyektlərə də zərər dəyib.

“Report”un əməkdaşı ilə söhbət edən V.Orucovun keçmiş döyüş yoldaşları onun qəhrəmanlıqlarından danışıb.

Hazırda döyüşlər davam edir.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər