3 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Ermənilərin atdığı mərmilər nəticəsində Tərtərə dəymiş ilkin ziyan məlum oldu

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərini artilleriya atəşinə tutması nəticəsində mülki vətəndaşlara və inzibati obyektlərə dəymiş ziyanın ilkin sayı məlum olub.

Məlumata görə, rayon üzrə 11 məktəbə, 3 uşaq bağçasına, 200-dən çox yaşayış evlərinə, rayon məhkəməsinə, bir çox mülki obyektlərə və daha bir neçə inzibati binaya ziyan dəyib.

Bundan başqa, ermənilərin atdığı top mərmiləri nəticəsində bir neçə kafe və restoran dağılıb.

Qeyd edək ki, dünən – oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Hazırda döyüşlər davam edir.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər