24 C
Baku
Wednesday, October 5, 2022

Ermənilərin bu gün Tərtərdə yaraladıqları mülki şəxslərin adları açıqlanıb

Bu gün səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.

Düşmənin atdığı top mərmilərindən biri rayonun mərkəzi küçəsinə düşüb. Evlərə və avtomobilə ziyan dəyib, daha 7 mülki şəxs yaralanıb.

Yaralılar – Fuad İbrahimli, Mahmud İbrahimov, İsmayıl İsmayıllı, Şahin İbrahimov, Müzəffər Əliyev və İxtiyar Şərifovdur. Digər yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.

MənbəReport.az
Son xəbərlər
Oxşar xəbərlər