3 C
Baku
Cümə, Yanvar 21, 2022

Ermənistan aviaşirkəti İrəvan-İstanbul reyslərini yerinə yetirəcək

Ermənistanın “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reyslərini yerinə yetirəcək.

TASS-a istinadən xəbər verilir ki, bu barədə aviaşirkət Ermənistan hakimiyyət orqanlarından icazə alıb.

Hazırda müvafiq razılığı Türkiyə tərəfi verməlidir.

Uçuşlar 2022-ci ilin yanvar ayından başlayacaq.

Dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar həyata keçirmək üçün Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxılır.

 

 

Mənbə:report.az
Son xəbərlər
Oxşar xəbərlər