10 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün yeganə yol üçtərəfli razılaşmaların icrasıdır – Peskov

Moskva Ermənistan-Azərbaycan sərhədində tərəfləri təmkinli olmağa çağırır və üçtərəfli sazişin əməl olunmasının tərəfdarı kimi çıxış edir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu günkü açıqlamasında deyib.

“Həqiqətən də, Ermənistan-Azərbaycan sərhədində döyüş əməliyyatlarının bərpa olunması ciddi narahatlığa səbəb oldu, amma Rusiya tərəfinin vasitəçilik səyləri sayəsində münaqişə tərəflərini sakitliyə çağırmaq mümkün oldu. Rusiya tərəfi bundan sonra belə edəcək. Biz hesab edirik ki, vəziyyətin sabitləşməsi üçün yeganə yol üçtərəfli razılaşmaların icrasıdır”, – deyə D.Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya prezidenti Vladimir Putinin təmasları üçün tərəflərin razılığı və hazırlığı lazımdır.

“Şübhəsiz ki, müəyyən mərhələdə bu cür təmaslara zərurət yaranacaq. Amma bunun üçün üç tərəfin razılığı və hazır olmaları lazım olacaq”.

Son xəbərlər
Oxşar xəbərlər
X