28 C
Baku
Saturday, July 27, 2024

Ermənistan Bakı-Tblisi-Ceyhan neft kəmərinə raket zərbələri zərərsizləşdirildi

Ermənistan Bakı-Tblisi-Ceyhan neft kəmərinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində terror cəhdinin qarşısı alınıb

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb. @apa_az

Son xəbərlər
Digər xəbərlər