4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Ermənistan Baş Prokurorluğu İqtisadiyyat Nazirliyində yoxlamalara başlayıb

Ermənistan İqtisadiyyat Nazirliyi hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.

“News.am” xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Hesablama Palatası Baş Prokurorluğa cinayət əlamətlərinin yer aldığı materiallar göndərib. Söhbət 2021-ci ilin 9 aylıq dövlət büdcəsinin icrasının yoxlanılmasından gedir.

Baş prokurorun müşaviri Qor Abrahamyan istintaqın davam etdiyini bildirib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər