9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Ermənistan hərbi vəziyyət rejimi və səfərbərlik elan edib

Ermənistan hökuməti ölkə üzrə hərbi vəziyyət rejimi və ümumi səfərbərlik elan edib.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Məlumat Rusiya KİV-ində öz əksini tapıb.

Sentyabrın 27-də Ermənistan hökumətinin iclası keçirilib. İclasda yaranmış vəziyyət müzakirə olunub. Paşinyan ölkə üzrə hərbi vəziyyət rejiminin tətbiqi və ümumi hərbi səfərbərlik elan olunduğunu vurğulayıb.

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim də “hərbi vəziyyət rejimi” tətbiq edib və 18 yaşdan yuxarı əhalini hərbi səfərbərliyə çağırıb.

Qarabağda erməni sakinlər arasında  vahimə yaranıb. Məktəblər qeyri-müəyyən müddətədək bağlanıb.  Separatçıların başçısı erməniləri sakitləşdirməyə çalışan bəyanatla çıxış edib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər