26 C
Baku
Saturday, July 27, 2024

Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir

“Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir”.

Bunu Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Lusine Badalyan “Faktor TV”nin efirində deyib.

O hesab edir ki, bu, doğru qərardır.

Qeyd edək ki, Ermənistandakı hökumət rəsmiləri bir müddət Rusiya dövlət mediasının Ermənistana qarşı hibrid müharibə şəraitində olduğunu bildirmişdilər.

Xatırladaq ki, son aylar İrəvanla Moskva arasında münasibətlər gərginləşib. Tərəflər buna səbəb kimi bir-birilərini ittiham edirlər.

Son xəbərlər
Digər xəbərlər