26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Ermənistan iqtisadiyyat nazirinin müavini və müşaviri İrana səfər edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Ermənistan iqtisadiyyat nazirinin müavini Narek Teryan və onun ictimai əsaslarla fəaliyyət göstərən müşaviri Rafael Gevorkyan iyulun 27-29-da İrana səfər edəcək.

“Sputnik Armeniya” xəbər verir ki, onların ezamiyyəti ilə bağlı Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan uyğun sənəd imzalayıb.

Bildirilib ki, Teryan və Gevorkyanın Tehranda sosial təminatlı sərmayə şirkətlərinin rəhbərləri ilə görüşərək Ermənistan-İran əməkdaşlığının genişləndirilməsini müzakirə etmələri nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin əvvəlində Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdə olub. Səfər çərçivəsində bir sıra razılaşmalar əldə edildiyi bildirilmişdi.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər