Ermənistan “konyak”dan imtina edib

Ermənistandakı istehsalçılar 2043-cü ildən “konyak” sözünün istifadəsindən imtina edəcəklər. Onlar bazarları itirməmək üçün yeni ad axtarırlar. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Baş nazirinin müavini vəzifəsini icra edən Mqer Qriqoryan məlumat verib.

Bildirildiyi kimi, bu, Ermənistan və Avropa İttifaqı arasındakı müqavilə çərçivəsində baş verir. Bundan sonra ölkə məhsulların ixracı zamanı “konyak” sözündən istifadə etməyəcək, çünki yalnız Fransanın Şaranta departamentində (Konyak şəhəri burada yerləşir) istehsal olunan içkilər bu adı daşıya bilər.

Eyni zamanda 2032-ci ildən Ermənistanın daxili bazarı üçün də “konyak” sözünün istifadəsi qadağan ediləcək. Aİ respublikaya 3 milyon avro həcmində maliyyə yardımı göstərəcək.

Aİ proqramı Ermənistanda istehsal olunan konyaka yeni ad verilməsi, onun reklamı və marketinqini nəzərdə tutur.

Qeyd edək ki, son üç ildə Ermənistan konyakının ixrac həcmi 0.5 milyard dollar təşkil edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.