27 C
Baku
Saturday, July 27, 2024

Ermənistan Milli Bankı: müharibədən sonra ölkədə dollar bahalaşır

Azərbaycan ordusunun 27 sentyabrdan başlayaraq əks-hücum əməliyyatlarından sonra Ermənistan dramı (AMD) xarici valyutalar qarşısında ucuzlaşmaqdadır.

Banker.az Ermənistanın Milli Bankına istinadən xəbər verir ki, Ermənistanda 1 ABŞ dolları 490.14 dram təşkil edib. Bu isə son bir gündə 1.55 dram bahalaşma deməkdir.

Sentyabr ayının 27-dən başlayan müharibədən bu tərəfə isə 4.87 dollar və ya 1% ucuzlaşıb.

Qeyd edək ki, sonuncu dəfə bu həddə 2020-ci ilin pandemiyanın Ermənistan sərhədlərinə daxil olduğu mart ayında olmuşdu. Həmin vaxt USD/AMD məzənnəsi 501 səviyyəsini ötmüşdü.

Qeyd edək ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Ermənistanın xarici valyutada uzunmüddətli kredit reytinqini “BB-“ səviyyəsindən “B+” səviyyəsinə endirib.

Bundan başqa, “Fitch Ratings” Ermənistanın reytinq üzrə proqnozunu “stabil” səviyyədə saxlayıb. Məlumatda deyilir ki, bu ilin birinci yarısında ölkədə iqtisadi tənəzzül proqnozlaşdırılandan daha sərt olub. Bu da dövlət borcunun artmasına gətirib çıxarıb. Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik artaraq davam edəcəyi təqdirdə, Ermənistan iqtisadiyyatı mənfi təsir görəcək.

 

Son xəbərlər
Digər xəbərlər