29 C
Baku
Saturday, July 13, 2024

“Ermənistan Moskva görüşündən əvvəl Azərbaycana yeni təkliflər paketi təqdim edib”

“Biz demək olar ki, ən son məqamda danışıqların üçüncü raundunun baş tutmayacağından xəbər tutduq. Xatırladım ki, danışıqların ilk raundu oktyabr ayında Cenevrədə, ikinci raund isə noyabrda Vaşinqtonda baş tutub və üçüncü raundun Moskvada keçiriməsi planlaşdırılırdı”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Ermənistan tərəfi görüşdən az əvvəl Bakıya yeni təkliflər paketi təqdim edib: “Amma biz Ermənistana bir ay bundan öncə təkliflər göndərmişdik. Ermənistan tərəfi təklifləri təqdim etdikdən sonra bəyan etdi ki, guya Azərbaycan görüşdən imtina edir və bununla da dezinformasiya yayaraq yanlış ictimai fikir yaratmağa çalışdı”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər